ADU-da "Şeir çələngi" adlı tədbir keçirilib

ADU-da Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkil etdiyi sevgi mövzusunda "Şeir çələngi" adlı tədbir keçirilib. Tədbirdə tələbələr müəllifi olduqları “Son görüş”, “Bitməyən sevgi”, “Sən mənim kədərli sevgi payımsan”, “Eşq cənnətdir” və digər sevgi şeirlərini səsləndirib, eyni zamanda mahnılar ifa ediblər.
Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyindən dəvət olunan ekspertlər Qəşəm Nəcəfzadə, Nuranə Nur və Balayar Sadiq tələbələrin şeirlərini bəyəndiklərini dilə gətiriblər. Həmçinin tələbələrin yaradıcılıq qabiliyyətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, onları gələcəkdə ədəbi fəaliyyət sahəsində də məşğul olmağa dəvət ediblər.

ADU-nun Mətbuat Xidməti


ADU-da "Şeir çələngi" adlı tədbir keçirilibADU-da "Şeir çələngi" adlı tədbir keçirilib

Oxşar xəbərlər