Gədəbəydə oğul anasını döyərək öldürdü

Gədəbəydə oğul anasını döyərək öldürdü Gədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib.

Tehsil-press.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər