BANM-in Prezident təqaüdçüsü: Dünya səyahətinə çıxmaq istərdim

BANM-in Prezident təqaüdçüsü: Dünya səyahətinə çıxmaq istərdim Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.

- İmtahan geridə qadı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz.
- Mənim ücün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, amma buna baxmayaraq, öz məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.

- Nə qədər bal topladınız?
- 686 bal toplamışam.

- Niyə məhz BANM-ı seçdiniz?
- Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacam.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım Ali Məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.

- Ən böyük arzunuz?
- Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mutəxəssis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?
- Mən neft-qaz muhəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacam.

- Hobbiniz nədir?
- Ən böyük hobbim kinoya baxmaqdır.

- Başqa hansı maraqlarınız var?
- Velosiped surməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.

- Hansı janrda kitabları oxuyursunuz?
- Janrından asılı olmayaraq kitab oxumağı sevirəm.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər