Alimlər bəşəriyyəti məhv etmək gücündə olan 37 virus müəyyən ediblər

Alimlər bəşəriyyəti məhv etmək gücündə olan 37 virus müəyyən ediblər Edinburq Universitetinin alimləri insanlar arasında sürətlə çoxalan, münasib şəraitdə bütün dünya miqyasında yayılmağa qadir olan müxtəlif növ 37 virus müəyyən ediblər.

Tehsil-press.az xəbər verir ki, bu barədə tədqiqat qrupunun rəhbəri Mark Vulhauz məlumat verib. O bildirib ki, bu virusların doğurduğu xəstəlikləri nəzarətdə saxlamaq bütün dünyada tibb xidmətlərinin əsas vəzifələrindən biri olmalıdır, çünki vəziyyət nəzarətdən çıxarsa, belə xəstəliklər pandemiya xarakteri ala bilər.
Alimlər Ebola qədər sürətlə yayılan Yaxın Şərq respirator sindromu koronovirusunu və həşəratlar vasitəsilə yayılan bir sıra digər virusların doğurduğu xəstəlikləri bəşəriyyət üçün potensial təhlükə adlandırıblar.
Bu virusların səbəb olduğu xəstəliklərin çoxunun daşıyıcısı heyvanlardır, ancaq ekoloji şəraitin dəyişməsi bəşəriyyəti kütləvi pandemiyaya gətirib çıxara bilər.

Tehsil-press.az

Oxşar xəbərlər