
Bəs görəsən "Otello sindromu" adlandırılan bu xəstəlik hansı ağır fəsadlara yol aça bilər?Ümumuyyətlə bu sindromdan birdəfəlik xilas olmaq mümkündürmü?
İslaminSesi mövzunu psixoloq Sona Quliyeva ilə müzakirə edib. Ekspert bildirib ki, Psixoloji qısqanclıq bir çox ailələrin dağılmasına səbəb olur: " Boşanma prosesindən sonra da, bu sindromun təsirindən əziyyət çəkən tərəflər çoxdur. Həddindən artıq qısqanan, daim itirmək qorxusu yaşayan və bu səbəbdən də məntiqsiz hərəkətlərə yol verən insanların əziyyət çəkdiyi bu sindrom həm də "Patoloji Qısqanclıq" adlanır. Patoloji qısqanclıq yaşayan şəxslər hər zaman qarşı tərəfin onları aldatdıqlarını düşünürlər və bu fikirə özlərini alışdırırlar. Nəticədə isə həm özlərini, həm də münasibətdə olduqları insanı daim narahatlıq içində saxlayırlar".
Psixoloqun sözlərinə görə, "Otello sindromu" adlandırılan xəstəlikdən müalicə olunmaq mümkündür: " Bizdə insanlar psixoloqa müraciət etmək üçün ciddi problemlərinin yaranmasını gözləyirlər. Lakin unutmaq lazım deyil ki, qısqanclıq çox ciddi problemdir və hətta davamlı olarsa intihara yol aça bilər. Bu sindromdan azad olmaq üçün ilk növbədə özümüzə güvənməliyik. Çünki özgüvəni olmayan insanlar qısqanclıq xəstəliyindən daha çox əziyyət çəkirlər. Həmçinin həyatımızdakı əskikləri tamamlamaqla "Patoloji Qısqanclıq" problemini özümüzdən uzaqlaşdıra bilərik. Bütün bunlarla yanaşı psixoloqa müraciət etmək mütləq vacib şərtlərdəndir".
Tehsil-press.az