Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə mütəmadi olaraq təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Tehsil-press.az-a bildirib ki, toy mərasimlərini qanunla, inzibati yolla sahmana salmaq qeyri-mümkündür:
“Bu qanunla tənzimlənməli olan məsələ deyil. Burada maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğundur və hər kəs öz ailəsində bunu etməlidir. Əgər ailədə uşaqların yanında danışırlarsa ki, filankəsin toyunda bu qədər adam var idi, filankəs filankəsə brilyant apardı, uşaq da o fikirlə böyüyür ki, bunlar onun üçün də olmalıdır. Bir toyda 150 nəfər olursa, o biri deyir ki, bu azdır, mənim toyumda 300 nəfər olmalıdır. Kreditlə brilyant alırlar, sonra da qalırlar kreditin əlində".
A.Əlizadə bildirib ki, bəzi insanlar pul yığmaq xatirinə dəbdəbəli toy məclisləri keçirir, sonra da həmin məbləği toplaya bilmirlər və böyük bir borca düşürlər: “Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir. Ona görə də bu məsələləri qanunla tənzimləmək mümkün deyil. Ancaq maarifləndirmə işi aparmaq, insanlara başa salmaq lazımdır ki, israfçılığa yol verməsinlər”.
Tehsil-press.az