2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də düşmən əlindədir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) meyitin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir. Amma qarşı tərəf bu çağırışlara tabe olmayaraq, əsgərin meyitin qaytarmaqdan imtina edir. Hüquqşünas Erkin Qədirli Modern.az-a deyir ki, beynəlxalq normalara görə ermənilər qeydsiz-şərhsiz əsgərin meyitini qaytarmalıdır: "Bunun üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəçilik etməlidir. Cenevrə konvensiyalarına görə, bütün münaqişələrin tərəfləri Qırmızı Xaç Komitəsinin mandatını qəbul edir. Görünən odur ki, ermənilər öz mandatından istifadə edərək, Komitəyə meyitin geri qaytarılmasında vasitəçilik etməyə imkan yaratmır.
Azərbaycan hökuməti çox güman ki, Qırmızı Xaç Komitəsinə narahatlığını bildirib. Normalda indiyədək meyit qaytarılmalı idi. Meyitin qaytarılmaması erməni tərəfinin işi yubatması, hansısa əngəllər törətməsindən irəli gəlir.
Komitə təfərrüatı açıqlamadığı üçün əlavə şərh vermək mümkün deyil”.
Hüquqşünas ermənilərin cansız bədəndən nə istədiklərinin anlaşılan olmadığını vurğulayır:
"Əgər əllərinə sağ olaraq keçsəydi, bu, başadüşülən olardı. Haradasa güman etmək olardı ki, zabitdən, əsgərdən hərbi sirr almaq istəyirlər. Axı bu cəsəddir. Cəsəddən nə öyrənəsidirlər?! Yeganə versiya cəsədin üzərində insan ləyaqətini alçaldan hərəkətlər edilməsi, bədən hissələrinin kəsilməsi, yaxud da başqa bir şeylərdir.
Bütün bunlar gümandır, amma reallıqdan da uzaq deyil. Biz tərəfdə də erməni cəsədi yoxdur ki, bizimkilər verməyib deyə, onlar da verməsinlər”.
E.Qədirli erməni tərəfi ilə başa düşəcəyi dildə danışmağın gərəkli olduğunu bildirir:
"Bu ermənidir, ona qarşı mütləqdir ki, güc işlədəsən. Onlar başqa dildən anlamırlar. Bunun dinc, mədəni yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən istifadə etməkdir. Etmirlərsə, gərək müharibəni udasan. Döyüşüb güclə torpağını geri alasan. Sonra deyəsən ki, di gəl danışaq. Başqa variant yoxdur”.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfin nəzarətindəki ərazidə qalıb.
Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə,ATƏT-in Minsk Qrupuna, o cümlədənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını da sosial şəbəkədə yayıblar.
Tehsil-press.az