Tramp əsəbiləşdi - Mağazalar İvankanın məhsullarını satmaq istəmir

Tramp əsəbiləşdi - Mağazalar İvankanın məhsullarını satmaq istəmir ABŞ prezidenti Donald Tramp "Nordstrom" mağazalar şəbəkəsini kəskin tənqid atəşinə tutub.

Təhsil-press.az-ın məlumatına görə, buna səbəb həmin mağazaların onun qızına məxsus İvnka-Trump brendi altında istehsal edilən paltar, ayaqqabı və aksessuarların satışı ilə bağlı müqavilənin müddətini uzatmamasıdır.
Tramp bu barədə özünün "Twitter" hesabında yazıb: "Nordstrom mənim qızım İvanka ilə doğru davranmadı. O, yaxşı insandır və həmişə məni yaxşı addımlara çağırır".
Qeyd edək ki, ötən həftə "Nordstorm" mağazalar şəbəkəsi İvanka Trampın məhsullarına tələbat az olduğu üçün satış müqaviləsinin müddətini uzatmayıblar.

Təhsil-press.az

Oxşar xəbərlər