“Rəngli dünyam” adlı tədbir təşkil edilib

“Rəngli dünyam” adlı tədbir təşkil edilib Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Respublika Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Rəngli dünyam” adlı tədbir keçirilib.
Bu qurumun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Səbail Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə Respublika Uşaq Yaradıcılıq Mərkəzinin, eyni zamanda, ABŞ-ın Nyu-York şəhərində Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərən “My Way” Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işləri nümayiş olunub.
Qeyd edək ki, “My Way” Uşaq Yaradıcılıq Mərkəzi ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği, gənclərin və yeniyetmə uşaqların bədii yaradıcılığının inkişafına yardım məqsədilə yaradılıb. Mərkəz Respublika Uşaq Yaradıcılıq Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gələcək fəaliyyətində birgə layihələr həyata keçirmək üçün sərgiyə qoşulub.

“Rəngli dünyam” adlı tədbir təşkil edilib“Rəngli dünyam” adlı tədbir təşkil edilib“Rəngli dünyam” adlı tədbir təşkil edilib

Oxşar xəbərlər