HƏRBİ VƏTƏNPƏRVƏRLİK hissi orta məktəbdə aşlanır

HƏRBİ VƏTƏNPƏRVƏRLİK hissi orta məktəbdə aşlanır Gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması təhsil işçilərinin qarşısında duran ən mühüm vəzifələrdən biridir.Təhsilimizin məqsədi uşaqlara təhsil verməklə yanaşı,həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək ,onlarda Vətənə ,torpağa sədaqət ,lazım gələrsə,Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: ‘’Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda ,milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk.Bu bizim inkişsafımızın əsası,hər bir xalqın inkişafının əsasıdır.’’ Hər kəs Vətəni sevməli, onun müqəddəsliyinin əvəzsiz olduğunu duymalı və bilməlidir.Bu məqamda Abbas Səhhət gözəl deyib; <<Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz>>.Bizim ruhumuz, qanımız, qan yaddaşımız vətən eşqi ilə yoğrulmalı,çırpınmalıdır.Hər birimiz Vətənin müsəlləh əsgəri olmalıyıq.Unutmaq olmaz ki,bütün bu söylənilənlər məhz orta məktəbdə övladlarımıza aşılanmalıdır. Bəs görəsən,Tədris ocaqlarında gənclərimizin hərbi vətənpərvərlik hazırlığı necə aparılır,bu yöndə hansı işlər görülür.Bütün bu və ya digər suallara cavab tapmaq üçün Bakının Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbində olduq.Deyək ki,245 nömrəli məktəb həmişə öz nailliyətləri ilə paytaxtımızda sayılıb seçilən təhsil ocaqlarından biri olub.Ancaq son bir necə il bundan qabaq bu məktəb öz imicini itirmək,sökülüb dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.Valideynlərdən çoxu övladlarını bu təhsil ocağından çıxarıb,başqa məktəblərə köçürmək qərarına gəlmişdi.Məktəb binası,sinif otaqları,sözün əsl mənasında,yararsız vəziyyətə düşmüdür.Təhsil Nazirliyinin müdaxiləsindən sonra 245 nömrəli tam orta məktəb yenidən əsaslı təmir olundu əlavə üç mərtəbəli tədris korpusu tikilib şagirdlərin,burada dərs deyən müəllimələrin ixtiyarına verildi.Bu gün məktəbdə istər müəllimələrin fəaliyyyati,istərsə də şagirdlərin yüksək təhsil almaları üçün hərtərəfli imkan və şərait yaradılıb.Sinif otaqları,fənn kabinetləri ən müasir standartlara uyğun səviyyəyə çatdırılıb.Hazırda məktəbdə ikimindən cox şagird təhsil alır və onların təlim -tərbiyəsi ilə 175 nəfər müəllim məşğul olur.Məktəbə 2013-cü ildən Ülviyyə İsmayılova rəhbərlik edir.Məktəbdəyik...Ülviyyə İsmayılova ilə görüşüb söhbət edirik.
-Ülviyyə xanım özü haqqında məlumat verir:
- 1965-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşam.1972-ci ildə Saatlı rayon 33 nömrəli dəmiryolu məktəbinin 1-ci sinifinə getmişəm.1982-ci ildə həmin məktəbi bitirmişəm.1982-ci ildə Ç.İldırım adına AZPİ-yə daxil omuş və 1987-ci ildə oranın EHM fakültəsini bitirmişəm.1987-1996 cı illərdə Hesablama Texnikası və İnformasiya İstehsalat Birliyində işləmişəm.1996-2002-ci illər ərzində Bakıdakı 42 nömrəli tam orta məktəbdə informatika müəllimi işləmişəm.2002-2003-cü tədris ilində Azərbaycan Müəllimlər İnstitutunda yenidən hazırlama fakültəsində riyaziyyat-informatika fənnin üzrə təhsil almışam.2003-cü ilin sentyabrından Bakıdakı 6 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi əmək fəaliyyətimi davam etdirmişəm.2003-cü ildən həmin məktəbə direktor müavini təyin olunmuşam.Məktəbdə bir sıra kurslar təşkil etmişəm.2009-2010-cu tədris ilində ’’ İlin müəllimi’’ müsabiqəsinin qalibi olmuşam.Həmin il ‘’İnnovativ müəllim’’ müsaqibəsində iştirak edib 3-cü yeri tutmuşam.2013-2014-cü tədris ilində Təhsil Nazirliyi tərəfindəntəşkil olunan treninqlərdə iştirak etmişəm.Həmin treninqlərin nəticəsi kimi Bakının Xətai rayonunda yerləşən 245 nömrəli məktəbə direktor təyin olunmuşam.
Sonra söhbətini davam etdirir:
-Bu, danılmaz həqiqətdir ki,müstəqil Azərbaycanın təhsil sistemində genişmiqyaslı islahatların aparılması kimi strateji əhəmiyyətli,mühüm proseslər məhz 1999-cu ildə ulu öndərimiz Heydər Əliyevin ‘’təhsil sahəsində islahatlar prqrami ‘’nı imzalaması ilə başlanmışdır.Bu gün ulu öndərimizin təhsilə göstərdiyi diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev və milllət vəkili ,Heydər Əliyev Fondunun prezidenti,ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən layiqincə həyata keçirilir.Fürsət düşmüşkən bu günlərdə ölkə prezidentinin sərancamı ilə Mehriban xanım Əliyeva birinci Vitse-prezident təyin edildi.Bu münasibətlə onu rəhbərlik etdiyim kollektiv adından ,öz adımdan təbrik edirəm.Danılmaz həqiqətdir ki,bu gün təhsilə və təhsil işçilərinə qayğı dövlətimizin diqqət mərkəzindədir.Ölkəmizin hər yerində yeni məktəb binalarının tikintisi,mövcud məktəb binalarının yüksək səviyyədə əsaslı təmir olunması,məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi buna sübutdur.24 oktyabr 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev << Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası>>nın təsdiq edilməsi haqqında Sərancam imzalanmışdır.Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir.Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf trendlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - << neft kapitalını insan kapitalına çevirək>> fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur.Bu gün Azərbaycan təhsili öz inkişaf prosesini inamla davam etdirir.Aparılan islahatlar,yeniliklər bir daha bunu sübut və təsdiq edir.Təhsil ocaqlarının demək olar ki, əksəriyyəti öz imicini,ad-sanını həmişə qoruyub saxlamış və bu sahədə öz böyük töhfələrini vermişdir.
Bəs müasir müəllim necə olmalıdır sualımıza Ülviyyə xanım belə cavab verir:
-Müəllim cəmiyyətin güzgüsüdür.Müəllim mənəvi zənginlik,əxlaqi saflıq,vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olmalı,sözün əsl mənasında,şəxsi nümunə göstərməlidir.Müəllim öz işini və yetirmələrini sevməli,kreativliyi,möhkəm iradə və əqidəsi,vətəndaşlıq ideyası ilə seçməli,fənninin tədrisi metodikasını ,pedaqojika və psixologiyanı dərindən bilməli,pedaqoji qabiliyyətlərini daim inkişaf etdirməlidir.Hər bir müasir müəllim öz ixtisasını ,tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı yüksək intellektə sahib olmalı ,İKT bilik və bacarıqlarına yiyələnməli ,müasir metod və üsullardan istifadə etməyi bacarmalıdır.İlk dəfə məktəbə qədəm qoyan şagirdin təlim-tərbiyəsi,vətənpərvərlik ruhunda yetişməsi və nəhayət,bir şəxsiyyət kimi formalaşması məhz müəllimin öhdəsinə düşür.Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır.Müəllim şagirddə tədqiqatçılıqla maraq oyatmalı ,onlarda yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi bacarmalıdır.O,sinifdə şagirdlərlə münasibətdə nikbin ,gümrah,yaradıcılıq əhvali-ruhiyyəsi yaratmağı bacarmalıdır.klassik pedaqojikanın görkəmli nümayəndələrindən olan Fridrix Vilhelm Adolf Disterverq XIX əsrdə yazırdı ki, şagirdləri seyrçiliyə,passivliyə alışdıran hər hansı metod pisdir,özfəaliyyət,müstəqil çalışmaq vərdişi aşılayan hər hansı metod isə yaxşıdır.Böyük pedaqoq şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək ,deyirdi ki,pis müəllim isə onu tapmaq yollarını öyrədir.Deməli,müəllim şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı,onları öz üzərində işləməyə,biliyi axtarıb tapmağa da alışdırmalı,
onlarda daxili motivasiya formalaşmasına çalışmalıdır.Hər bir şagird məktəbəbir fərd kimi gəlir.Elə zəruri şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Müəllim şagirdlərin dərin və hərtərəfli bilik almaları,yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf etməlidir.Çalışıram ki, hər kəs bu qaydaya ciddi əməl etsin.İstər müəllimin,istərsədə şagirdin məsuliyyət hissi artsın.Müasir tələblərə cavab verən təhsil mühiti yaransın,tədrisin keyfiyyəti yüksəlsin,müəllim-şagird arasında sağlam mühit yaransın.Müəllim öz üzərində daim işləməlidir,o,dünya təhsil sistemində baş verən yenilikləri,təhsillə bağlı təcrübələri öyrənməlidir.Öyrədən düz öyrətməyi bacarmalıdır.Hesab edirəm ki,bu gün İKT sistemi,kurikumlu bagli müəllimlərimizin bilik və bacarığı heç də ürəkaçan deyil.Onlar bu sahəni ciddi öyrənməli,mükəmməl bilməlidirlər.Bunun üçün hər cür şərait və imkan var.Bu imkandan eləbu andan başlayaraq yararlanmaq lazımdır.İnanıram ki,bütün bunlara az vaxt ərzində nail olacağıq.Belə bir şüar var şagirdlər üçün nəzərdə tutulur- ‘’ Nə öyrənib gedirsən ?’’ ,müəllimlər üçün isə ‘’ Nə öyrədib gedirsən? .Məncə,hər bir insan qarşısına bir məqsəd qoymalı və bu məqsədə çatmaq üçün var gücü ilə çalışmalıdır.Hazırda respublikamızda şagirdlərin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər bir şərait yaradılıb.Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında formalaşan müasir Azərbaycan təhsili dunya təhsil sisteminə uğurlu inteqrasiya olunur.Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda yeni məktəblər tikilir. Biz təhsil işçiləri yaradılan şəraitdən maksimum istifadə etməli və gələcək nəslin inkişafı üçün var gücümüzlə çalışmalıyıq. Dövlətin əasası xalqdır,insanlardır,onların tam əksəriyyətinin həyatında keçdiyi yeganə sosial institut isə məktəbdir.Məktəbimiz nə qədər keyfiyyətli təhsil,müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə , cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.Demək olar ki.məktəbimiz zamanın tələbinə cavab verən maddi-texniki avandanlıqlarla tam təmin olunub.Burda şagirdlər üçün hər cür şərait yaradılıb.Ülviyyə xanım söhbət zamanı onu da qeyd etdi ki,uşaqlara dərsi sevdirmək üçün birinci növbədə onları sevmək lazımdır.Şagirdlərin dərsi necə qavraya bilecəklərini müəyyən etmək də əsas şərtdir.Bəzən uşaqlarla fikir mübadiləsi aparmaq,onların dərsə həvəsəni artırmaq üçün müxtəlif vasitələrdən istifadə etmək vacibdir.İlk növbədə uşaqları fiziki və mənəvi baxımdan sağlam böyütməli,vətənpərvər ruhda tərbiyə etməliyik.
Şagirdlərin intelq səviyyəsini artırmaq üçün silsilə tədbirlər,riyaziyyat müəllimlərinin təşkil etdikləri ‘’Kim? Nə? Harada ? ‘’intellektual oyunu,Həndəsi fiqurlar aləmində riyyaziyyat gecəsi,ingilis dili müəllimlərinin hazırladıqları silsilə tədbirlər keçirilir.Məktəbdə keçirilmiş müxtəlif bayram tədbirləri ,ədəbi-bədii kompozisiyalar,şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən tədbirlər onların milli-mənəvi dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sadiq qalmaları baxımından daim diqqət mərkəzində saxlanılır.Müharibə şəraitində yaşadığımız üçün gənclərimizin vətənə,dövlətə,torpağımıza sadiq vətəndaş kimi,xalqımıza layiq yüksək intellektə malik gənclər kimi yetişməsində məktəbin foyesində və sinif otaqlarında yaradılmış ‘’Qan yaddaşımız’’ , ’’ Xocalı harayı’’, ‘’Milli qəhrəmanlarımız’’ və s. adlı məlumat xarakterli fotostendlər,guşələr böyük əhəmiyyət kəsb edir.Onu da qeyd edim ki,Azərbaycan bu gün idman ölkəsinə çevrilib.Bu cəhətdən məktəb şagirdlərinin idman sahəsində qazandıqları uğurlarından danışmaq yerinə düşər.İdmanın müxtəlif növləri ilə məşgul olan şagirdlər üçün hər cür şərait yaradılmışdır.Belə ki müxtəlif idman qurğuları ilə təchiz olunmuş idman zalı şagirdlərin ixtiyarına verilmişdir.Böyük Vətən müharibəsi , Qarabağ qaziləri və müharibə veteranları ilə görüşlər keçirilmiş,tariximizi əks etdirən ədəbi-bədii kompozisiyalar hazırlanması, ‘’Cəsurlar’’ və ‘’Şahinlər’’ hərbi idman oyunlarında şagirdlərin fəal iştirakı böyük rol oynayır.Bizdə bütün bu deyilənlərin canlı şahidi oluruq.Müəllim və şagirdlərlə,eləcədə valideynlərlə etdiyimiz söhbətlə,apardığımız müşahidələr bunları demeye bir daha bizə əsas verdi.Odur ki,245 nömrəli məktəbdən xoş təssuratla ayrılırıq və bu kollektivə uğurlar arzulayırıq.

Afət Abbasova

Oxşar xəbərlər