Bakı Dövlət Sosial-İqtisadi Kollecində şair-publisistin yaradıcılıq gecəsi

Bakı Dövlət Sosial-İqtisadi Kollecində şair-publisistin yaradıcılıq gecəsi Bakı Dövlət Sosial-İqtisadi Kollecində şair-publisist Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə məktəb direktorunun müavini Zakir Hüseynov, Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəfiqə Qurbanova M.Ulu Şirvanlının yaradıcılığından söz açıblar. Qeyd olunub ki, onun şeirlərinin əsas qayəsini el-oba təəssübkeşliyi, Vətənə məhəbbət motivləri təşkil edir.
Çıxış edənlər şairin “Ağ ayaqqabı” şeirlər toplusu, “Salam Qoca”, “Merinin nağıllar dünyası” və “İt kəlləsi” kitabları barədə fikirlərini bölüşüblər.
Yaradıcılıq gecəsində aşıqlar şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. Sonra M.Ulu Şirvanlının şeirləri əsasında tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər