Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “İlin alimi” adına layiq görülüb

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “İlin alimi” adına layiq görülüb Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə “İlin alimi" adına layiq görülüb.
Mükafat alimə həyata keçirdiyi uğurlu elmi tədqiqatlara, elmi ixtirasına və Azərbaycanın biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərin əhəmiyyətinə görə təqdim olunub. Alim dözümlü və dözümsüz yerli və Amerika üzüm növləri üzərində sitogenetik tədqiqat işi apararaq filloksera zərərvericisinə qarşı yeni preparat əldə edib.
Azərbaycanda və xarici ölkələrdə çapdan çıxan 70-dək elmi əsərin müəllifi olan G.Rasizadənin ötən il nüfuzlu “European journal of Technical and Natural Sciences” jurnalında məqaləsi dərc edilib. Alim hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həlli”ndə dənli-paxlalı bitkilərin genofondunu zənginləşdirmək məqsədilə ICARDA təşkilatından alınmış yeni formalarda sitoloji işlər aparır.

Afət Abbasova

Oxşar xəbərlər