Tədbirdə fransızdilli tələbələrin ifasında Molyer haqqında mahnı oxunub, onun həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilib. Molyerin “Xəsis” komediyasından videoçarx nümayiş olunub. Fransızdilli tələbələrin ifasında fransız dilində Molyerin “Tartuf” əsərindən səhnə də təqdim olunub.
Daha sonra Bakı Fransız Liseyinin müəllimi Jan Lük Dübröy “Xəsis” komediyasının süjet xətti, personajlar, əsərdə baş verən hadisələrə dramaturqun münasibəti və s. haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Jervez Mate Frankofoniya həftəsi çərçivəsində təşkil olunan tədbirdən və tələbələrin fəaliyyətindən məmnun olduğunu bildirib.
ADU-nun Mətbuat Xidməti




