Qırğızıstan da Qazaxıstana oxşamaq istəyir

Qırğızıstan da Qazaxıstana oxşamaq istəyir Kirill əlifbası Qırğızıstana texnologiyaları inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır.
Tehsil-press.az-n məlumatına görə, bunu Qırğızıstan Parlamentinin deputatı Kanıbek İmanəliyev deyib.
O, kirill əlifbasını Qırğızıstanın əqli irsi adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri olacağını deyib.
Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi barədə tapşırıq vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər