“Selfi çəkəndə diqqətli olun!” - Obama

“Selfi çəkəndə diqqətli olun!” - Obama ABŞ-ın sabiq prezidenti Barak Obama Çikaqoda tələbələr qarşısında çıxış edib.

Təhsil-press.az xəbər verir ki, Obama çıxışında internetlə bağlı məsələlərə toxunub.
O bildirib ki, internet istənilən şəxs barədə asanlıqla informasiya tapmağa imkan verir: "Sizə məsləhət görərdim ki, şəkil və selfi çəkdirərkən daha diqqətli olasınız".
Obamanın sözlərinə görə, internet ictimai şəxslər üçün çağırışlardan biri olub: "Əgər yuxarı siniflərdə oxuyarkən çəkdirdiyim şəkillər sizdə olsaydı, mən heç vaxt prezident olmazdım".

Təhsil-press.az

Oxşar xəbərlər