
Səfər zamanı layihənin baş meneceri Alister Anderson və layihə mühəndisi Alister Mayr təqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz - 2” layihəsi və platformalar haqda geniş məlumat verilib və onlar sözügedən platformanın göyərtəsinin birində olublar. ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz - 2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci yarısında planlaşdırılır.
Tələbələrə, o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və 35 nəfər tələbə mühəndis müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar.
Qeyd edək ki, BANM-nin BP şirkəti ilə əməkdaşlığın çərçivəsində Səngəçal terminalına və “ATA yard” sahəsinə bir neçə səfər təşkil olunmuşdur və sözügedən şirkətinin rəhbərləri və mütəxəssisləri Ali Məktəbində 30-dan artıq təqdimatla çıxış etdilər. 2014-cü ildən başlayaraq bu kimi tədbirlər BANM-in tədris prosesinin tərkib hissəsinə çevrilib.
BANM-nin Mətbuat Xidməti
