Marina Durundanın “Bakı-2017”də üçüncü çempionluğu

Marina Durundanın “Bakı-2017”də üçüncü çempionluğu Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə sonuncu – lentlə hərəkətlər yarışında qalib gələn Marina Durunda İslamiadada üçüncü çempionluğunu əldə edib.

Təhsil-press.az xəbər verir ki, gimnastımız yarışda 15.450 xalla qızıl medala layiq görülüb.
Lentlə hərəkətlər üzrə yarışda ikinci yeri də Azərbaycan gimnastı tutub. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub.
Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950) qazanıb.

Təhsil-press.az

Oxşar xəbərlər