Cari ilin mayında Bakı Dövlət Universiteti (BDU) tarix fakültəsinin nəzdində türk xalqları tarixi kafedrasının yaradılmasının 25 ili tamam olur.
Bu münasibətlə türk xalqları tarixi kafedrasının kollektivi fevral-may aylarında bir sıra tədbirlərin keçirilməsini planlaşdırır.
Müvafiq məsələlər kafedranın iclasında müzakirə edilib, təşkilat komitəsi yaradılıb. Yubiley tədbirlərinin mayın 18-19-da “Azərbaycanda türk xalqları tarixinın tədqiqi və tədrisi məsələləri” mövzusunda keçiriləcək ikigünlük respublika elmi-praktik konfransı ilə yekunlaşdırılması nəzərdə tutulur.
Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində türk xalqları tarixinin tədqiqi və tədrisi ilə məşğul olan alimlər, tədqiqatçılar, müəllimlər, həmçinin bakalavr və magistrantlar, doktorant və dissertantlar iştirak edə bilərlər.
Müzakirələr türk xalqları tarixinin tədrisi məsələləri; türk xalqları tarixinin tədqiqi məsələləri; ümumtürk tarixinin tərkib hissəsi - Azərbaycan tarixi mövzular ətrafında aparılacaq.

BDU-nun Mətbuat Xidməti