ADU-da Fuad Muradovla görüş keçirilib

ADU-da Fuad Muradovla görüş keçirilib Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Universitetin qonağı” layihəsi çərçivəsində təşkil olunan görüşün ilk qonağı Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov olub.
Öncə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzaladığını söyləyib. O, IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin ölkəmizdə İslam həmrəyliyinin möhkəmləndirilməsi, tolerant cəmiyyətin formalaşması sahəsində növbəti uğurlu addım olduğunu sözlərinə əlavə edib. Ə.Abdullayev ölkəmizdə fəaliyyət göstərən məscidlərin yenidən bərpa olunaraq istifadəyə verilməsini islam dəyərlərinə yüksək qiymətin göstəricisi olduğunu qeyd edib. Professor eyni zamanda, ADU-nun 1000-dən çox tələbəsinin könüllü olaraq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etdiyini bildirib.
Daha sonra İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx tədbir iştirakçılarına nümayiş olunub.
Millət vəkili Fuad Muradov Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və gələcək nəsillərin maarifləndirilməsində gənclərin əvəzsiz rolundan bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başçılığı altında görülən işlərin ölkənin dünya ictimaiyyətində təbliğ olunması sahəsində rolunu xüsusi vurğulayıb. F. Muradov İslam dininin sülh, barış dini olduğunu, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan xalqının stabillik və sabitlik tərəfdarı kimi dünyaya sübut etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da Fuad Muradovla görüş keçirilib

ADU-da Fuad Muradovla görüş keçirilib

ADU-da Fuad Muradovla görüş keçirilib

ADU-da Fuad Muradovla görüş keçirilib

Oxşar xəbərlər