Londonda baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib

Londonda baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib Böyük Britaniyanın paytaxtında baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib.
Təhsil-press.az-ın verdiyi məlumata görə, bu haqda London təcili yardım xidməti xəbər verir.
Xidmətin Twitterdə yerləşdirdiyi məlumatda deyilir. "Londonun 5 xəstəxanasına 48 yaralı gətirilib və bir sıra digər yüngül bədən xəsarətləri olanlara isə hadisə yerində tibbi yardım göstərilib".
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Təhsil-press.az

Oxşar xəbərlər