Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış olub

Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış olub Ukraynanın paytaxtı Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış baş verib.
Təhsil-press.az-ın məlumatına görə, hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Terror aktı" maddəsi ilə cinayət işi açılıb. Kiyev polisi bildirib ki, hadisə yerinə baxış zamanı naməlum şəxs tərəfindən diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atıldığı müəyyən edilib. Gecə saatlarında baş vermiş partlayış nəticəsində xəsarət alan olmayıb.

Təhsil-press.az

Oxşar xəbərlər