İdmançımız Almaniyada qalib oldu

İdmançımız Almaniyada qalib oldu Almaniyanın Herne şəhərində kikboksinq idmanının K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib. Azərbaycanı "Royal Fight" klubunun professional idmançısı Şikar Bədəlov təmsil edib.
75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək yarışın qalibi olub.
Qeyd edək ki, Ş.Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər