Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu Aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Təhsil-press.az-a bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:
“Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.
Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: “BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu”.
Qeyd edək ki, “Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər