
Dekan bildirib ki, ADNSU-nun elektromexanika kafedrasının laboratoriyalarından birinin “Schmider Electric” firmasının treninq mərkəzi kimi istifadə olunması, fakültənin digər laboratoriyalarının müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Alternativ enerjidən istifadə olunması ilə əlaqədar olaraq fakültənin kafedralarında xüsusi qurğular quraşdırılıb, həmin kafedralarda laboratoriya dərslərinin keçirilməsi planlaşdırılır.
Dekan qeyd edib ki, 756 tələbənin təhsil aldığı fakültədə hazırda elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi, istilikenergetikası mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Burada təhsilin inkişafı istiqamətində səmərəli layihələr də reallaşdırılır.
Fakültədə START UP layihəsinə dəstək məqsədilə təşkil edilən qruplara yaradıcı tələbələr toplanıb.
ADNSU-nun Mətbuat Xidməti