Avropa çempionatında finalçılar bəlli oldu

Avropa çempionatında finalçılar bəlli oldu 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Polşada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçirilib.
Təhsil-press.az xəbər verir ki, ilk yarımfinal görüşü İngiltərə və Almaniya arasında baş tutub.
4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Bu səbəbdən də finala vəsiqənin sahibi penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən almanlar 4:3 hesabı ilə üstün olublar və həlledici oyuna vəsiqə qazanıblar.
Digər yarımfinal görüşündə isə İspaniya və İtaliya yığmaları qarşılaşıb. Bu oyunda da qapılara 4 qol vurulub. Lakin 90 dəqiqənin tamamında ispanlar 3:1 hesabıyla qalib gəliblər və finala yüksəliblər.
Beləliklə, iyunun 30-da keçiriləcək həlledici qarşılaşmada İspaniya ilə Almaniya milliləri qarşılaşacaq.

Təhsil-press.az

Oxşar xəbərlər