
Konsert layihəsi üzərində çalışmaq üçün dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.
Şou biznesin divası A.Kazımova beynəlxalq layihəsi ilə bağlı bildirib:
"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu, ilk dəfə mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm".
Yaxın günlərdə A.Kazımova mətbuat konfransı keçirəcək.
Kəmalə Rəhimli