Bakı Biznes Universitetində “məzun günü” qeyd olunub

Bakı Biznes Universitetində “məzun günü” qeyd olunub İyunun 30-da Bakı Biznes Universitetində (BBU) “məzun günü” keçirilib.
Əvvəlcə “Məzun–2017” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə “Karyerada ilk addım” mövzusunda əmək yarmarkası təşkil edilib. Tədbirdə iştirak edən tələbə və məzunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıblar, müvafiq sənədləri təqdim ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəy və təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 70-ə yaxın müəssisə iştirak edir. Onlardan 39-u qeyri-dövlət, digərləri isə dövlət müəssisələridir. Tədbirə qatılan müəssisələr tərəfindən ümumilikdə 202-dən artıq boş iş yeri təqdim olunub. Boş iş yerlərinin 111-i qeyri-dövlət müəssisələrinin, digərləri dövlət müəssisələrinin payına düşür. Təqdim olunan vakant iş yerlərində əməkhaqqı maksimum 1500 manat, minimum 190 manat təşkil edir.

BBU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər