Bakı Slavyan Universitetində Məzun günü təntənə ilə qeyd olunub

Bakı Slavyan Universitetində Məzun günü təntənə ilə qeyd olunub İyunun 16-da Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. BSU əməkdaşlarının, valideynlərin, magistrant və tələbələrin iştirak etdiyi tədbir universitetin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin heykəlinin önünə əklil qoyulması ilə başlayıb.
Sonra BSU-nun Akt zalında Azərbaycan Respublikasının himni səsləndirilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları tədbir iştirakçılarına təqdim edərək onların arasında 1997-ci ildə universiteti bitirən məzunların da olduğunu bildirib. Magistrant və tələbələri məzun adı qazanmaları münasibətilə təbrik edən rektor onlara gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyi tövsiyə edib.
O, gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimlərə də öz minnətdarlığını bildirib.
Daha sonra dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 62 nəfər məzuna “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.
Tədbir geniş konsert proqramı ilə davam edib. Konsertdə universitetin “Arzu” rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunub, tələbələrin ifasında mahnılar ifa edilib.
Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər. Sonda məzunların ifasında “Əlvida BSU” mahnısı ilə konsert proqramı başa çatıb.
Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 729, qiyabi təhsil alan 48 tələbə və magistratura səviyyəsi üzrə 79 magistrant məzun olub.

BSU-nun Mətbuat xidməti


Bakı Slavyan Universitetində Məzun günü təntənə ilə qeyd olunub

Bakı Slavyan Universitetində Məzun günü təntənə ilə qeyd olunub

Oxşar xəbərlər