Tillerson Qətərə və Səudiyyə Ərəbistanına səfər edəcək
ABŞ dövlət katibi Reks Tillerson Qətərə və Səudiyyə Ərəbistanına səfər edəcək. Təhsil-press.az-ın verdiyi məlumata görə, bunu ABŞ döclət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert deyib. Məlumata əsasən, dövlət katibi Qətərə iyulun 11-i, Səudiyyə Ərəbistanına iyulun 12-i səfər etməyi planlaşdırır.