Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir

Dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin  tutulması üçün ümumi müsahibə elan edilir Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.
Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 9.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək), yaxud poçt xidməti vasitəsilə mərkəzə (yuxarıda qeyd olunan ünvana) təqdim edilə bilər.

DİM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər