UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”

UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!” UNEC-də “Oriyentasiya Günü” keçirilib.
UNEC-də ənənəvi olaraq hər il keçirilən və dünyanın aparıcı universitetlərində də xüsusi qeyd edilən “Oriyentasiya Günü”nün məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək, ilk günün təəssüratlarını zənginləşdirmək, yuxarı kurs tələbələri ilə birlikdə pozitiv anlar yaşamaqdır.
Universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü”ndə I kurs tələbələrinə UNEC barədə video-çarx nümayiş olunub. Video-çarxda UNEC-in tarixi, tədris prosesi, beynəlxalq əlaqələri, ikili diplom, mübadilə və təqaüd proqramları barədə məlumat verilib. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbə və valideynləri maraqlandıran suallara cavab verməklə yanaşı, onlar üçün universitet ərazisində infoturlar da təşkil ediblər. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan tələbələr Elektron Universitet Modelini maraqla qarşılayıblar. Öz startap layihələrini İnnovativ Biznes İnkubatorda reallaşdıra biləcəyini öyrənən gənclər UNEC-in tələbələrə yaratdığı imkanlardan məmnun qaldıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında 700 bal toplayaraq UNEC-ə qəbul olan Prezident təqaüdçüləri Cavad Əliyev və Arzu Məmmədzadə ixtisas seçimindən öncə burada olaraq dərslərdə iştirak etdiklərini bildiriblər: “Universitetlə ilk tanışlıqdan sonra böyük və möhtəşəm UNEC ailəsinin üzvü olmağa qərar verdik. Seçimimizdən məmnunuq!”
“Oriyentasiya Günü”ndə Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. Eyni zamanda UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş etdirilib. Vokal, rəqs, bədii qiraət və rəssamlıq bacarığı olan I kurs tələbələrinə Yaradıcılıq Mərkəzinə üzvlük qaydaları izah edilib.
Karyera guşəsində tələbələrə seçdikləri ixtisasların əmək bazarındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib, peşəkar mütəxəssis kimi formalaşmaq istiqamətində tövsiyələr olunub. Beynəlxalq Əməkdaşlıq Departamentinin nümayəndələri tələbələrə UNEC-in beynəlxalq əlaqələr sahəsindəki uğurlarından söz açıb, mövcud proqram və layihələr barədə informasiya veriblər.
Qeyd edək ki, 2017/18-ci tədris ilində UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə – 96.6 faizlə yerinə yetirilib. Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş olub. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi (I ixtisas qrupu üzrə isə 2 nəfər) UNEC-i seçib. Sevindirici haldır ki, bu il II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 25 nəfərin 17-si isə məhz UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsidir.

UNEC-in Mətbuat Xidməti


UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”UNEC-in Prezident təqaüdçüləri: “Seçimimizdən məmnunuq!”

Oxşar xəbərlər