
Bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli “Caspian European Club”ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.
Onun sözlərinə görə, “Azərtelekom” bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib: “Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq”.
S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.
Təhsil-press.az