
Yaponiya dövlətinin dəvəti ilə reallaşan ezamiyyət bu ölkənin Elm Fondu tərəfindən maliyyələşdirilir. A.Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmuş titan-dioksid nanohissəciklərinin yeni metodla sintezi və xassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olacaq.
Qeyd edək ki, BDU-da son zamanlar doktorantların ikili rəhbər məsələlərinə xüsusi diqqət yetirilir. A.Rəhimlinin elmi rəhbərlərindən biri BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, digəri isə Kumamoto Universitetinin professoru Hirotaka İharadır.
BDU-nun Mətbuat Xidməti
