
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Kimya fakültəsinin II kurs tələbəsi Cahangir Ağazadə “Təhsil” və “Hər kəs üçün kifayət qədər təmiz su” nominasiyaları üzrə birinci yerə layiq görülüb. BDU-nun Biologiya fakültəsinin IV kurs tələbəsi Aydan Məmmədova isə “Hər kəs üçün kifayət qədər təmiz su” nominasiyası üzrə II yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin məqsədi Azərbaycan gənclərinin dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji və digər dəyişikliklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmasını təmin etməkdir. Həmçinin qlobal dəyişikliklərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam, münaqişəsiz gələcəyin qorunub saxlanması, yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsidir.
Mətbuat və informasiya şöbəsi


