ADNSU-da tanınmış yazıçı-jurnalist ilə tələbələrin görüşü olub

ADNSU-da tanınmış yazıçı-jurnalist ilə tələbələrin görüşü olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yazıçı, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova ilə görüş olub.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı təhsil müəssisəsində “Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində alim və yazıçılarla, ictimai xadimlərlə tələbələrin görüşlərinin təşkil edilməsinin səmərəli olduğunu diqqətə çatdırıb.
Yazıçı, Əməkdar Jurnalist E. Axundovanın yaradıcılığı, ictimai fəaliyyəti barədə danışan rektor onun əsərlərinin əhəmiyyətini vurğulayıb.
Elmira Axundova müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
Müasir dünyada təhsilin mühüm rolunu xatırladan deputat gənclərə tövsiyələrini verib, onları vətənpərvərliyə, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırıb.
Sonra E. Axundova tələbələrin suallarını cavablandırıb, onlara öz kitablarını hədiyyə edib.

ADNSU-da tanınmış yazıçı-jurnalist ilə tələbələrin görüşü olubADNSU-da tanınmış yazıçı-jurnalist ilə tələbələrin görüşü olubADNSU-da tanınmış yazıçı-jurnalist ilə tələbələrin görüşü olub

Oxşar xəbərlər