
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, bu, prezidentlərin birgə bəyanatı idi: “Serj Sarkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”.
O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır:
"ATƏT-in Minsk qrupunun həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışıqlar aparılsın”.
Tehsil-press.az