DÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ

DÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ Almaniyalı professor Ulli Arnold Qərbi Kaspi Universitetində (Qərb Universiteti) qonaq olub. Professor universitetlə, onun infrastrukturu, maddi-texniki bazası və strukturlaşması ilə tanış olub, professor-müəllim heyəti ilə görüşlər keçirib, menecment, sənaye malları marketinqi mövzularında diskusiyalar aparıb.
Eyni zamanda iki gün ərzində universitetin MBA tələbələrinə Marketinq fənni üzrə masterklas keçib.
Qərbi Kaspi Universitetində tədrisin təşkilini, eləcə də maddi-texniki bazanı yüksək qiymətləndirən professorla növbəti semestrdə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur. Belə ki, onun universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrə marketinq üzrə ümumi kurs keçməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Professor Ulli Arnold 1992-ci ildən etibarən Almaniyanın Ştutqart Universitetində çalışır.
Dünya şöhrətli iqtisadiyyatçı 2010-cu ildə Almaniyanın dövlət ordeni "Bundesverdienstkreuz" ordeni ilə təltif olunmuşdur.

Mətbuat xidməti


DÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏDÜNYA ŞÖHRƏTLİ ALMAN PROFESSOR QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ


Oxşar xəbərlər