
Reytinq siyahısına Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan 20 ölkəsinin ən yaxşı 250 ali təhsil müəssisəsinin adı daxil edilmişdir: Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna.
Reytinq siyahısına görə, Xəzər Universiteti 100-cü yeri tutmuş və regionun ilk 3,4% ən yaxşı universitet sırasında qərarlaşmışdır.
Xəzər Universiteti işəgötürənlərin nüfuzuna, beynəlxalq tələbələrin qəbuluna və xarici müəllimlərin sayına görə də Azərbaycan universitetləri arasında birinci yeri tutmuşdur.
Mətbuat xidməti