Rusiyanın NTV telekanalında “Tı super! Tansı” layihəsi davam edir. Bu layihənin növbəti turunun iştirakçılarından biri Sevda Fətullayeva ad-soyadlı 13 yaşlı azərbaycanlı qız olub.
Seçim turunda Sevda Fətullayeva plastika elementləri ilə zəngin olan şərq rəqsi ifa edib, lakin gənc rəqqasə bu layihənin növbəti mərhələsinə keçə bilməyib.
Layihənin münsiflər heyətinin üzvləri – xoreoqraf və teatr tamaşalarının rejissoru Yeqor Drujinin, Böyük Teatrın balerinası və aparıcı solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili, teatr və kino aktrisası Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görəcəklərinə ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, bu beynəlxalq müsabiqənin məqsədi Rusiyanın, digər MDB ölkələrinin və Baltikyanı dövlətlərin müxtəlif guşələrində valideyn qayğısından məhrum qalmış istedadlı uşaqları birləşdirmək və belə uşaqlara öz arzularını həyata keçirmək şansı verməkdir.
Tehsil-press.az