Çinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblər

Çinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblər Azərbaycan Dillər Universitetində (ADU) çinli musiqiçilər konsert proqramı ilə çıxış ediblər.
ADU-nun nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şandon Pedaqoji Universitetinin incəsənət işçiləri rəngarəng musiqi nümunələri təqdim ediblər.
ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev musiqi sənətinin vacibliyindən, mədəniyyət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, multikulturalizm siyasətinin həyata keçirilməsi üçün yaradıcı qrupların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Van Çun Qan Böyük İpək Yolunun dirçəldilməsi proqramı çərçivəsində humanitar əməkdaşlığın vacibliyini qeyd edib.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkəmizdə Çinin musiqi mədəniyyətinə böyük maraq göstərildiyini deyib, Çin bədii komandasının azərbaycanlı gənclərin qədim konfutsizm mədəniyyəti ilə tanışlığına kömək edəcəyinə əminliyini bildirib.
Azərbaycanda çoxmədəniyyətlilik siyasətindən məmnunluğunu diqqətə çatdıran, Şandon Pedaqoji Universitetinin İncəsənət qrupunun müdiri, professor Çi Şulin təmsilçisi olduğu ali təhsil müəssisəsinin mədəniyyət ənənələrindən, müxtəlif universitetlərlə tələbə mübadiləsini genişləndirmək üçün atılan addımlardan danışıb.
Konsertdə qədim çalğı alətləri və fleyta Çin xalq musiqisi, ənənəvi Pekin operasından rəqs nömrələri təqdim edilib, kunq-fu Çin döyüş sənəti ustalarının səhnələşdirilmiş nömrələri nümayiş olunub.
Tədbirdə ADU-nun “Dalğa” rəqs qrupu da çıxış edib.

ADU-nun Mətbuat xidməti


Çinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblərÇinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblərÇinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblərÇinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblərÇinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblərÇinli musiqiçilər Azərbaycan Dillər Universitetində konsert veriblər

Oxşar xəbərlər