Əfqanıstanda səfirliklərin olduğu küçədə partlayış - 13 ölü, 13 yaralı + Yenilənib

Əfqanıstanda səfirliklərin olduğu küçədə partlayış - 13 ölü, 13 yaralı + Yenilənib Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Partlayış paytaxtın diplomatik məhəlləsi olan Vəzir Əkbər Xanda qeydə alınıb. Həmin məhəllədə xarici ölkələrin səfirlikləri və hökumət binası yerləşir.
Hücumu İŞİD öz üzərinə götürüb.
Reuters-in məlumatına görə, partlayışda azı 8 nəfər ölüb. Xeyli sayda yaralı var.
***
Terakt nəticəsində ölənlərin sayı 13-ə çatıb. Bundan başqa, 13 nəfər də yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda bir neçə gün öncə şiə məscidində törədilən terror hücumunda 50 nəfər ölmüşdü.



Tehsil-press.az


Oxşar xəbərlər