Azərbaycan, Rusiya və İran regiondakı münaqişələrin tezliklə nizamlanmasının vacibliyini vurğulayıblar

Azərbaycan, Rusiya və İran regiondakı münaqişələrin tezliklə nizamlanmasının vacibliyini vurğulayıblar Azərbaycan, Rusiya və İran regiondakı münaqişələrin tezliklə nizamlanmasının vacibliyini vurğulayıblar.
Bu barədə noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü yekunlarına dair verilən birgə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, regionda həll olunmayan münaqişələr regional əməkdaşlıq üçün mühüm maneədir: "Bununla bağlı Tərəflər münaqişələrin tezliklə sülh və danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri və onlara uyğun olaraq qəbul edilən qərar və sənədlərin əsasında həllinin vacibliyini vurğulayırlar".
Həmçinin, tərəflər terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə qətiyyətli olduqlarını bildiriblər: "Tərəflər terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı hərtərəfli mübarizə aparmaqla qərarlıdırlar. Onlar dünya birliyini beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan təhlükələrə qarşı daha səmərəli mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu ilə səylərini birləşdirməyə çağırır".

Tehsil-press.az

Oxşar xəbərlər