BDU-da “Böyük etnoqrafik imla” dərsi təşkil edilib

BDU-da “Böyük etnoqrafik imla” dərsi təşkil edilib Noyabrın 4-də Rusiyanın ölkəmizdəki səfirliyinin, Rusiya informasiya və mədəniyyət mərkəzinin, habelə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) “Böyük etnoqrafik imla” dərsi təşkil edilib.
Tədbirin əvvəlində “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edib.
V.Denisov bu tədbirin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə BDU rəhbərliyinə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən bu imla dərsinin iştirakçıları 45 dəqiqə ərzində Rusiya Federasiyası xalqlarının tarixi, məişəti və mədəniyyəti ilə bağlı 30 suala cavab verməli olacaqlar.
BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev deyib ki, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri və iqtisadi əməkdaşlıq həmişə yüksək səviyyədə olub. Ölkəmizdə rus dilinin öyrənilməsinə böyük diqqət yetirildiyini vurğulayan dekan çıxışının sonunda imla iştirakçılarına uğur arzulayıb.
Qeyd edək ki, 2016-cı ildə Rusiyada belə bir imla yazılmasında 90 min nəfər iştirak edib. Bu ildən etibarən həmin təhsil aksiyası beynəlxalq xarakter kəsb edib.
Rusiyada “Rossotrudniçestvo” agentliyinin dəstəyi ilə keçirilən “Böyük etnoqrafik imla” dərsinin təşkilatçıları Millətlər Məsələləri üzrə Federal Agentlik və Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyi, , aksiyanın elmi tərəfdaşı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsinin etnoslararası və konfessiyalararası münasibətlər sahəsində idarəetmə kafedrasıdır.
Aksiyaya dekabrın 12-də - RF Konstitusiya günü ərəfəsində yekun vurulacaq.
Azərbaycanda bu imla dərsində Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.

BDU-nun Mətbuat xidməti


BDU-da “Böyük etnoqrafik imla” dərsi təşkil edilibBDU-da “Böyük etnoqrafik imla” dərsi təşkil edilib

Oxşar xəbərlər