Bakıya yağış, rayonlara qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 13-15, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-9, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Tehsil-press.az
- Baxış: 4953
Xəbərin tarixi: 08.11.2017 / 13:55
-
Oxşar xəbərlər
Sabahın havası: Yağış, qar yağacaq...
Yağışlar yenidən başlayır - Leysan olacaq
Sabahın havası - yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Temperatur 5-8 dərəcə enəcək, şimşək çaxacaq, leysan yağacaq
XƏBƏRDARLIQ: Bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək
Hava qeyri-sabit keçəcək, yağış yaşacaq, bəzi rayonlara dolu düşəcək
Sabah bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək
Paytaxtda küləkli, bölgələrdə yağmurlu hava olacaq
XƏBƏRDARLIQ: Hava yenə qeyri-sabit keçəcək, dolu düşəcək
5 martda gözlənilən hava şəraiti
Qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti ilə bağlı - Xəbərdarlıq
Sabah Bakıda arabir yağış yağacaq