BDU ilə Çonbuk Milli Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub

BDU ilə Çonbuk Milli Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub Koreya Respublikasının Çonbuk Milli Universitetinin prorektoru Myeongsook Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova təhsil müəssisəsində qazanılan uğurlardan danışıb, şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssislərin hazırlandığını diqqətə çatdırıb.
Təmsil etdiyi universitet haqqında məlumat verən Myeongsook Yoon BDU ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonra müzakirələr aparılıb, əməkdaşlığa dair müvafiq sazişin imzalanması barədə razılıq əldə edilib.
Qonaqlar, eyni zamanda, BDU-nun şərqşünaslıq fakültəsində Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.

BDU-nun Mətbuat Xidmət


Oxşar xəbərlər