“SABAH” qruplarında rəqabətli oxumağa meyilli xüsusi mühit yaradılıb

“SABAH” qruplarında rəqabətli oxumağa meyilli xüsusi mühit yaradılıb “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə noyabrın 16-də Azərbaycan Dillər Universitetinin (ADU) “SABAH” qruplarında təhsil alan tələbələrlə görüşüb.
Ş.Seyidzadə bu ali məktəbin tələbələri ilə mütəmadi görüşlərin keçiriləcəyini və burada “SABAH” qruplarında təhsil alan gəncləri maraqlandıran müxtəlif mövzulara toxunulacağını qeyd edib.
Bildirilib ki, ilk dəfə “SABAH” qruplarında rəqabətli oxumağa meylli xüsusi mühit yaradılıb. Həmçinin ən yüksək təqaüd sistemi də məhz bu qruplarda təhsil alan tələbələrə şamil olunur.
“SABAH” qruplarının uğurlarından bəhs edən Ş.Seyidzadə xaricdə və ölkəmizdə magistraturaya qəbul qaydaları və yeni layihələr barədə danışıb. İcra Komitəsinin rəhbəri “SABAH” layihəsində gözlənilən yeniliklər barədə tələbələrə məlumat verib, onların suallarını cavablandırıb.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


“SABAH” qruplarında rəqabətli oxumağa meyilli xüsusi mühit yaradılıb“SABAH” qruplarında rəqabətli oxumağa meyilli xüsusi mühit yaradılıb



Oxşar xəbərlər