
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Ə.Amaşov vurğulayıb ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticəsi hiss olunacaq: “Ümumiyyətlə, müharibə şəraitində olan ölkə kimi bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.
Ə.Amaşov çıxışında Tbilisidə Ulu Öndər Heydər Əliyevin adını daşıyan teatr binasının təmiri üçün maliyyə vəsaitinin ayrılması təklifi ilə də çıxış edib.
Tehsil-press.az