BSU-da narkomaniya ilə bağlı tədbir keçirilib

BSU-da narkomaniya ilə bağlı tədbir keçirilib Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədovun “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə”, “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi”, “Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri (cinayət- prosessual aspektlər)” adlı kitablarının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov müzakirəyə çıxarılmış kitabların dövrümüzün aktual problemindən bəhs etdiyini bildirib və narkomaniyanın cəmiyyətdə ciddi fəsadlar törətdiyini qeyd edib. Prorektor kitabların müəllifi Sadir Məmmədovun vaxtilə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığını və onun qələmə aldığı hər üç əsərin mühüm faktlara söykəndiyini diqqətə çatdırıb.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova müəllifin əsərlərinin gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. BSU-da narkomaniya əleyhinə mütəmadi olaraq maarifəndirmə aksiyalarının keçirilidiyini deyən X.Sultanova QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin narkomaniya ilə birbaşa bağlı olduğunu vurğulayıb. O, Azərbaycanda narkomaniya xəstəliyinə tutulan insan statistikasının digər ölkələrə nisbətdə az olmasını xalqımızın milli xarakteri və mentaliteti ilə bağlı olduğunu vurğulayıb.
BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd müəllifin “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi” əsəri haqqında daha ətraflı danışıb. Ə.Əhməd belə maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyətindən söz açıb və gənclərə hər üç kitabı oxumağı məsləhət görüb.
Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə” kitabı əsasında çıxış edib. Hacı Rauf narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə iştirakçılara məlumat verib. O, ilk dəfə XVI əsrdə müharibələr zamanı ağır yaralanan insanların ağrılarını azaltmaq məsqədilə bu maddədən istifadə olunduğunu, sonradan cəmiyyətdə aludəlik yaratdığını diqqətə çatdırıb. Azərbaycanda narkomaniyaya tutulan inasan statistikasının ötən illərə nisbətən daha da artdığını deyən H.Rauf gəncləri narkotik kimi zərərli vərdişlərdən uzaq durmağa səsləyib.
Sonra tərcümə fakültəsinin II kurs tələbələri Aygün Əlizadə və Ramazan Ramazanov əsərlərlə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda dosent Sadir Məmmədov müəllifi olduğu hər üç əsərlə bağlı söylənilən müsbət fikirlərə görə çıxışçılara təşəkkür edib. O, 1992-ci ildə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyində (DİN) Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini,1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifələrində, 1995-ci ildə Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci ildən isə həmin idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığını deyib. Bu kitablarda öz əksini tapan məsələlərin həmin illərdə qazandığı təcrübələrə əsaslandığını söyləyib.

BSU-nun Mətbuat xidməti

BSU-da narkomaniya ilə bağlı tədbir keçirilibBSU-da narkomaniya ilə bağlı tədbir keçirilib


Oxşar xəbərlər