Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır

Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib. XXI əsrdə Azərbaycan təhsil sistemində bir sıra nailiyyətlərin əldə olunduğunu deyən rektor bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş xalqımızın zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu bildirib. Azərbaycanın bütün sahələr üzrə inkişaf tendensiyasından söz açan N.Əliyeva diqqətə çatdırıb ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olması göz qabağındadır. Azərbaycanda hökm sürən multikultural mühitdən, tolerant dəyərlərdən söhbət açan rektor diqqətə çatdırıb ki, multikulturalizm ənənələrinin ölkəmizin dövlətçilik prinsiplərində aparıcı yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Multikulturalizmin mərkəzi sayılan BSU-da əcnəbi tələbələrin təhsillərinin mükəmməlləşdirilməsi istiqamətində hər cür şəraitin yaradıldığını vurğulayan N.Əliyeva deyib: “Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf edərək dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rifahının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi respublikamızın tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, Prezident İlham Əliyev tərəfindən imzalanan sənədlər müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olub”.
Əsrin aktual mövzusuna həsr olunan “dəyirmi masa”nın mahiyyətindən danışan rektor bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan tədbirdə müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.
Tədbirin moderatoru, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos vurğulayıb ki, “dəyirmi masa”nın mövzusu müasir dövrlə yaxından səsləşir. Hazırda ən zəruri amil hesab edilən müasir təhsil sistemi cəmiyyətin ayrılmaz bir sahəsidir. Səfir Azərbaycan ilə Yunanıstan arasında təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan BSU-nun fəaliyyətini yüksək dəyərləndirib. O, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rol oynayan BSU-da təşkilindən məmnunluğunu bildirib.
Tədbir çıxışlarla davam etdirilib.

BSU-nun Mətbuat Xidməti


Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır

Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır

Bakıda “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunda müzakirələr aparılır

Oxşar xəbərlər