Bakı Slavyan Universitetində “Açıq qapı günləri” keçirilib

Bakı Slavyan Universitetində “Açıq qapı günləri” keçirilib Mayın 24-də Təhsil Nazirliyinin (TN) “İxtisas seçimi” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində (BSU) “Açıq qapı günləri” keçirilib. Tədbirdə BSU-nun əməkdaşlıq etdiyi Bakı şəhərinin qabaqcıl məktəblərində təhsil alan yuxarı sinif şagirdləri, o cümlədən onların valideynləri və müəllimləri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar Bakı Slavyan Universitetində fəaliyyət göstərən Heydər Əliyev mərkəzi, muzey, tədris və mədəniyyət mərkəzləri, Akt zalı, kafedralarla yaxından tanış olublar.
“Açıq qapı günləri” çərçivəsində şagirdlər üçün seminarlar, açıq dərslər təşkil olunub, universitetin fəaliyyətini, tələbə həyatını əks etdirən reklam çarxı nümayiş olunub.
Universitetin konfrans zalında “Açıq qapı günləri”nin iştirakçıları BSU-nun rektoru, professor Nurlana Əliyeva ilə görüşüblər. Görüş zamanı rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti, buradakı dərs prosesi, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. N.Əliyeva BSU-nun fəxri qonaqları, habelə əməkdaşlıq etdiyi qabaqcıl xarici univesitetlərdən söz açıb, həmin universitetlərdə BSU tərəfindən yaradılan Azərbaycanşünaslıq mərkəzlərinin fəaliyyətini xüsusi vurğulayıb. Rektor Bakı Slavyan Universitetində müəllim-tələbə kontingenti üçün yaradılmış sağlam şəraitdən, burada aparılan yenidənqurma işlərindən danışıb. N.Əliyeva belə tədbirlərin universitetin ictimaiyyətlə əlaqələrinin daha da möhkəmlənməsi üçün nəzərdə tutulduğunu vurğulayıb, bundan sonra da BSU-nun qapılarının cəmiyyətin hər bir üzvünün üzünə açıq olacağını qeyd edib. O, ixtisas seçimində gənclərlə bərabər valideynlərin də iştirak etməsinə şərait yaradıldığını diqqətə çatdırıb.
Görüş çərçivəsində 18, 44, 46, 83, 145, 164,189-190 saylı orta məktəblərin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, BSU Məktəb Lisey Komleksinin direktorlarına “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının müxtəlif illərdə çap olunmuş nömrələri, o cümlədən universitetin çoxşaxəli fəaliyyətini əks etdirən bukletlər paylanılıb.
Sonda foyedə məktəb şagirdlərinin və BSU tələbələrinin birgə əl işlərindən ibarət “Gənc istedadlar” adlı sərgisinə baxış keçirilib.

BSU-nun Mətbuat xidməti


Bakı Slavyan Universitetində “Açıq qapı günləri” keçirilib

Bakı Slavyan Universitetində “Açıq qapı günləri” keçirilib

Oxşar xəbərlər